25 aprel 2011 16:55
Neftçi`dən kolumbiyalı qapıçı üçün 500 000 avro
“Neftçi” Türkiyənin “Galatasaray” klubunun qapıçısı Robinson Sapataya görə yarım milyon avro təklif edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun 31 yaşlı qapıçısı üçün bu miqdarda pulundan keçməyə hazır olduğu haqda məlumatı Türkiyə mətbuatı yayıb.
Qeyd edək ki, tez-tez buraxdığı kobud səhvlərlə diqqət mərkəzinə düşən kolumbiyalı qapıçının özünə yeni klub axtarışlarına çıxdığı iddia olunur. Qardaş ölkə mətbuatının iddiasına görə, Sapata ilə maraqlanan klubların arasında “Neftçi” də var. Lakin futbolçu özü Türkiyə Superliqasının digər klublarından birində çıxış etməkdə daha çox maraqlıdı.
