25 aprel 2011 17:41
İbrahim Banqura: Belə oynasaq, finala çıxan tərəf məhz XL olacaq
“Xəzər Lənkəran”ın yarımmüdafiəçisi İbrahim Banqura Premyer Liqanın 28-ci turunun AZAL ilə oyununu (3:0) şərh edib. Azerisport.az saytına müsahibəsində cənub təmsilçisinin qvineyalı futbolçusu son qarşılaşma ilə bağlı bunları dilə gətirib:
“Birinci hissədə bizdə heç də hər şey alınmırdı. İkinci hissədə isə hadisələr kifayət qədər fərqli məcrada davam etməyə başladı. Nəticədə biz 3 cavabsız qol vurmağı bacardıq. Əgər “Bakı” ilə kubok qarşılaşmasında da belə oynasaq, onda finala məhz “Xəzər Lənkəran” çıxacaq”.
