25 aprel 2011 17:51
Rafael Əmirbəyov da subaylığın daşını atdı (FOTO)
1997-ci ildən “Dinamo”, 2004-cü ildən etibarən isə “Bakı”nın idman şərəfini qoruyan Rafael Əmirbəyov ailə həyatı qurub. Azerisport.az xəbər verir ki, dünən 35 yaşlı müdafiəçi subaylığa son deyib.
Bu münasibətlə “Bakı” futbol klubunun kollektivi komandanın heyətində ən çox oyun keçirən futbolçu, uzun illər kapitan sarğısını daşımış Rafael Əmirbəyovu təbrik edib, ona ailə saədəti arzulayıb. Qeyd edək ki, elə futbolçunun toy məramisində də məhz futbolçu dost-tanışları və yaxınları iştirak edib.
