25 aprel 2011 18:51

Neftçi jurnalının aprel sayı satışda (FOTO)

"Neftçi" klubunun rəsmi jurnalının aprel ayı üçün nəzərdə tutulan sayı işıq üzü görüb. Azerisport.az xəbər verir ki, jurnalın ideya rəhbəri "Neftçi" PFK-nın prezidenti Sadıq Sadıqov, baş redaktoru Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Elnur Əşrəfoğludu. Jurnal şərti olaraq, rəsmi, birinci, ikinci hissə və əlavə vaxtdan ibarətdi.
 
Rəsmi hissədə Azərbaycan futbolunda qazanılan uğur, dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin ölkə idmanına, o cümlədən futbola göstərdiyi diqqət və qayğı barədə yazılıb. Birinci hissədə Premyer Liqanın 21-26-cı turlarının xülasəsi, gənc və perspektivli futbolçu Cavid İmamverdiyevin müsahibəsi, "Neftçi"nin yeni yaradılmış B komandası haqqında yazı, eləcə də "Neftçi" öz gücünə oynayır!" məqaləsini oxumaq mümkündü.
 
İkinci hissədə isə "Neftçi"nin 17 yaşlılardan ibarət komandası barədə geniş yazı var. Bundan başqa, bu yaxınlarda ikinci dəfə "Ayın ən yaxşı oyunçusu" seçilən Flavinyonun müsahibəsi, əməkdar jurnalist Ələkbər Abbasovun "Neftyanik" adı necə dəyişdirilib "Neftçi" oldu?" yazısı və "Neftçi"nin doğma həkimi, bir müddət sonra komandaya qayıdan Boris Xetaqurovun müsahibəsi də ikinci hissədədir. Əlavə vaxt da rəngarəng məqalələrlə oxucuların görüşünə gəlib. Burada "Flaqman" Azad Azarkeşlər Qrupunun rəhbəri Ceyhun Bədəlzadənin müsahibəsi, Ruslan Abışovun bu yaxınlarda klipə çəkilməsi barədə yazı yer alıb. Çempionluğa addım-addım yaxınlaşan "Neftçi" klubunun rəsmi jurnalında komandamızın son görüşlərindən rəngarəng fotolar da əksini tapıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.