25 aprel 2011 11:08
Azərbaycan millisi İtaliyada rəqib tanımır
16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması İtaliyanın Florensiya şəhərində təşkil olunmuş turnirin finalına yüksəlib. Azerisport.az xəbər verir ki, Futbolçularımız turnirdəki ilk oyunda Anar Babazadənin vurduğu qol sayəsində “AS Sestese” komandasını 1:0 hesabı ilə məğlub edib.
Yığmamızın növbəti rəqibi “Polisportivo 90” klubunun U-17 komandası olub. Bu qarşılaşma da Azərbaycan U-16-nın xeyrinə başa çatıb – 3:1. Komandamızın heyətində Fəhmin Muradbəyli, Tərlan Əhmədov və Ülvi Süleymanov fərqləniblər.
Yığmamız həlledici oyunda bu gün “Roma” klubunun U-17 komandası ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.
Qeyd edək ki, turnirdə 17 yaşadək futbolçulardan ibarət komandalar iştirak etsə də, yığmamız daha aşağı yaş qrupu ilə təmsil olunur.
