26 aprel 2011 00:10
Millimiz Roma`yla final matçını məğlub başa vurdu (YENİLƏNİB)
Xəbər verdiyimiz kimi, 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması İtaliyanın Florensiya şəhərində təşkil olunmuş turnirin finalına yüksəlib. Azerisport.az xəbər verir ki, yığmamız həlledici oyunda “Roma” klubunun U-17 komandası ilə qarşılaşıb.
Oyun İtaliya təmsilçisinin qələbəsi ilə yekunlaşıb. Paytaxt klubunun azyaşlıları komandamızın qapısına 3 qol vurub.
Qeyd edək ki, turnirdə 17 yaşadək futbolçulardan ibarət komandalar iştirak etsə də, yığmamız daha aşağı yaş qrupu ilə təmsil olunurdu.
