25 aprel 2011 13:01
Azərbaycan millisi Macarıstanda məğlubiyyətlə üzləşdi (FOTOREPORTAJ)
Macarıstanda təlim-məşq toplanışında olan 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması yerli “MTK-Budapeşt” komandası ilə yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, qarşılaşma 2:1 hesabı ilə Macarıstan təmsilçisinin xeyrinə başa çatıb.
