26 aprel 2011 13:05
AFFA Turan`ı mövsümün sonuna kimi baş məşqçisiz qoydu
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Premyer Liqanın 28-ci turunun görüşləri ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
“Neftçi” – “Bakı” matçında “Bakı”nın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
“Xəzər Lənkəran” – AZAL matçının 24-cü və 84-cü dəqiqələrində “Xəzər Lənkəran” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub.
“Gəncə” – “Turan” matçında “Gəncə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 81-ci dəqiqəsində “Turan” klubunun baş məşqçisi Naci Şensoy hakimi təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün baş məşqçi 5 oyunluq cəzalanıb, klubu 5000 manat cərimə olunub.
