26 aprel 2011 13:12
Ölkə çempionatında futbolçu-hakim qarşıdurması
Bu gün keçirilən AFFA İntizam Komitəsinin iclasında Azərbaycan birinci divizionunun son turunda baş verən qanun pozuntularına da hüquqi qiymət verilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra aşağıdakı qərarlar çıxarılıb:
“Şuşa” – “Bakılı” matçının 55-ci dəqiqəsində “Şuşa”nın futbolçusu Əliağa Hüseynpur kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.
“Sumqayıt” – “Şəmkir” matçının 55-ci dəqiqəsində “Şəmkir”in futbolçusu Bəxtiyar Fəzail hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanır klub 400 manat cərimə olunub.
“Neftçi” İSM – “Neftçala” matçının 45+1-ci dəqiqəsində “Neftçala”nın futbolçusu Ənüşrəvan Ağazadə hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb, klubu 400 manat cərimə olunub. Oyunun 45+1-ci dəqiqəsində “Neftçala”nın futbolçusu Ülvi Səfiyaroğlu hakimə fiziki təsir göstərməyə cəhd etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 5 oyunluq cəzalanıb, klubu 500 (beş yüz) manat cərimə olunub.
