26 aprel 2011 13:38

Robertas Poşkus: AZAL-dan bütün acıqlarımızı çıxacağıq

Son ölkə çempionu “İnter”in hücumçusu Robertas Poşkus azerisport.az saytına müsahibəsində Premyer Liqanın son turunun “Qarabağ”la, eləcə də kubokun qarşıdan gələn AZAL ilə oyunu barədə fikirlərini açıqlayıb.

- AZAL-la kubokun yarımfinal matçından nə gözləyirsiz?
- Əlbəttə, qələbə. Komanda bu oyuna yaxşı hazırlaşıb. Biz ilk oyunda meydana mütləq qələbə üçün çıxmağı və onu əldə etməyi planlaşdırmışıq.
 
- AZAL-ı sizin üçün uğursuz rəqib saymaq olar? Bu mövsüm bir dəfə 5, bir dəfə 1 cavabsız qolla uduzmusuz, bir dəfə də heç-heçə etmisiz - 1:1...
- Bəli, bu mövsüm onlarla oyunlarımız alınmır. Lakin biz bu dəfəki oyunda bütün acıqlarımızı çıxmağa çalışacağıq. Biz əvvəlki uğursuzluqlarımızın qisasını almağa çalışacağıq.
 
- Son turun “Qarabağ”la oyununda daha çox müdafiədən oynayırdınız. Kubok matçında da sizdən eyni taktika gözləyək?
- Xeyr. “Qarabağ”la görüşdə biz müdafiədən oynamırdıq. Sadəcə elə alınırdı ki, biz daha çox müdafiə olunurduq və elə görünürdü ki, müdafiədən oynayırdıq. Bunda isə daha çox rəqibin rolunu vurğulamaq lazımdı. AZAL ilə oyunda isə eyni halın təkrarlanacağını düşünmürəm. Özü də ilk oyunu doğma divarlar arasında oynayacağıq. Bu isə o deməkdi ki, biz hücum futbolu oynamalı, qələbə qazanmalıyıq.

- Ümumiyyətlə, bu oyundakı məğlubiyyəti nə ilə əlaqələndirərdiz?
- Minimal hesabla məğlub olduq. Halbuki, biz də ən azı iki dəfə qol vurmağa yaxın idik. Məsələn, Aleksandr Çertoqanovun epizodunda o, qapıçıyla üz-üzə qalmışdı. Yaxud David Odikadzenin istifadə edə bilmədiyi epizod olsun. Amma sonda penaltidən vurulan qolla məğlub olduq.
 
- Sizin fikrinizcə, Əfran İsmayılovun fərqləndiyi epizodda ofsayd var idi yoxsa təmiz qol idi?
- Bilirsiz, mən həmişə demişəm ki, hakimlərin işini müzakirə etməyi sevmirəm. Qoy bununla cavabdeh orqanlar məşğul olsun. Həmin epizoda gəlincə, mən o anda meydanın mərkəzində idim və təbii ki, orda oyundankənar olub-olmadığını dəqiq deyə bilməzdim. Heç oyunun təkrarına da baxmamışam. Odu ki, dəqiq nəsə deməkdə çətinlik çəkirəm.
 
- Sizcə, komandanız 2 həftədə 4 qarşılaşmanın yükünə dözə biləcək?
- Buna hazır olmalıyıq. Əlbəttə, 3-4 gündən bir oyuna çıxmaq elə də asan olmayacaq. Amma biz istənilən halda bu qrafiklə oynamağa məcburuq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.