26 aprel 2011 14:11

Luis Ramim: Bu əsl tragediya olacaq

“Bakı”nın və millimizin yarımmüdafiəçisi Fabio Luis Ramim azerisport.az saytına müsahibəsində “Neftçi”yə məğlubiyyətdən, eləcə də qarşıdan gələn ölkə kubokunun “Xəzər Lənkəran”la yarımfinal matçındakı şanslarından danışıb.
 
- “Neftçi” ilə son oyunda niyə məğlub oldunuz?
- Öz səhvlərimizdən. Rəqib isə yaxşı oyun səgilədi və 2 qol sayəsində qələbə qazandı. Biz isə qol vurmadan qələbə qazana bilməzdik. Bilmirəm nə problemdi. Amma son oyunlarda “Bakı” yenə özünə oxşamır. Mümkündü ki, motivasiyanın olmaması sözünü deyir. Bütün ümidlərimiz ölkə kubokunadı. Bu oyunlara hazırlıq üçün isə çox az vaxtımız var.
 
- Lənkəran səfərinizdən nə gözləyək?
- Orda bizi 15 min azarkeş gözləyir. Yəni tamamilə dolu olan tribunalar qarşısında oynamalı olacağıq. Buna görə də XL-la oyunumuz ikiqat ağır olacaq. Onlar kubokda revanş almaq istəyəcək. Bizi kənarlaşdırmaq üçün əllərindən gələni edəcəklər. Amma bizim də qələbə qazanmaqdan başqa çıxış yolumuz yoxdu. Çünki cari mövsümü boşa vermişik. Ən azı kubokda bu uğursuzluğu unutdurmalıyıq.
 
- Amma cənublular çətin ki, ötən mövsüm baş verənləri unutsun...
- Hesab edirəm ki, artıq ötən mövsümü yaddan çıxarmalıyıq. Hər dəfə keçmiş oyunlardan danışmaq lazım deyil. Rəqibimizin hər mövqe üzrə yaxşı oyunçuları var. Amma biz XL-la mübarizə apara biləcəyimizə inanırıq. Özü də kubok qarşılaşmalarında hər şey iki oyunda müəyyənləşir. Cavab oyunu da öz meydanımızda keçiriləcək.
 
- İlk oyunda sizi hansı nəticə qane edir?
- Lənkərana qələbə üçün gedirik. Biz XL-a qalib gələ bilərik və bunu göstərməliyik. Əsas vəzifəmiz qol vurmaq və buraxmamaqdı. Rəqibi yaxşı tanıyırıq. Hesab edirəm ki, klubumuzun  potensialı final haqda düşünməyə imkan verir.
 
- XL-ın heyətində kimləri qeyd edərdiz?
- Deyə bilmərəm ki, Uinston Parks və ya Julius Vobay digər futbolçulardan daha yaxşıdı. Cənubluların bütün heyəti əla oyunçulardan təşkil olunub. Məsələn, Kamran Ağayevi mən yığmadan yaxşı tanıyıram. Amma biz XL-a qalib gəlmişik. Niyə də bunu təkrarlamayaq?
 
- Oyunlar ərəfəsində “Bakı”nın bütün futbolçuları belə qələbə qazanmaqdan danışır, amma nəticə başqa cür olur. Düşünmürsüz ki, azarkeşləriniz vədlərdən bezib?
- Problem bizim psixologiyamızdadı. Sanki biz özümüzə inanmırıq. Siz düz qeyd edirsiz ki, oyunlar ərəfəsində qələbədən danışırıq. Amma bir şeyi nəzərə alın ki, biz də o qələbəni qazanmağı çox istəyirik. Bütün komandalar etiraf edir ki, bizim heyətimiz hazırda ən yaxşılardandı. Amma nəticə yoxdu.
 
- Bəs kuboku da qazana bilməsəz, necə olacaq?
- “Bakı” avrokuboklara düşməlidi. Əgər kuboku qazanmasaq, deməli Avropaya gedə bilməyəcəyik. Bu, həm azarkeşlərimiz, həm də klubumuz üçün əsl tragediya olacaq. Biz azarkeşlərimizi məyus etmək istəmirik. Bizə sadəcə toparlanmaq və göstərmək lazımdı ki, XL-ı keçə bilərik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.