26 aprel 2011 00:27
Bliznyuk daha AZAL-da oynamayacaq
AZAL-ın belaruslu hücumçusu Gennadi Bliznyuk bir daha bu komandanın heyətində oynamayacaq. Bu haqda azerisport.az saytına “təyyarəçilər”in baş məşqçisi Nazim Süleymanov xəbər verib:
“O, klubun nizam-intizam qaydalarını kobud şəkildə pozub. Komandada nizam-intizam qaydaları hamı üçün eynidi. Lazım olan vaxtda komandanın məşqlərinə qatılmırdı. Deyirdi ki, guya əli ağrıyır, zədəsi var və sair. Amma halbuki hər şey qaydasında idi”.
