26 aprel 2011 14:31
Naci Şensoy: Danışsam, hamısı gizlənməyə deşik axtaracaq
“Turan”ın baş məşqçisi Naci Şensoy AFFA İntizam Komitəsinin onun haqda çıxardığı diskvalifikasiya qərarını şərh edib. Azerisport.az saytına müsahibəsində türkiyəli mütəxəssis Premyer Liqanın 28-ci turunun “Gəncə” ilə oyununda texniki zonadan qovulmasına görə 5 oyunluq cəzalandırılmasını belə qiymətləndirib:
“Bu cəzanı şərh etmək istəmirəm. Əgər ağzımı açıb danışsam, hamısı gizlənməyə deşik axtaracaq. Hesab edirəm ki, qərar çox sərtdi. Amma bu, artıq AFFA-nın işidi”.
