26 aprel 2011 14:47
PFL Bakı - İnter matçının vaxtını açıqladı
Sabah Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan Azərbaycan çempionatında təxirə salınmış bir oyun keçiriləcək. Azerisport.az xəbər verir ki, lider “Bakı” 27-ci turdan təxirə salınan oyunda doğma meydanda “İnter”lə münasibətlərinə aydınlıq gətirəcək.
Qeyd edək ki, bu qarşılaşma “bankirlər”in bir sıra oyunçularının müxtəlif yaş qruplarından ibarət komandalara dəvəti səbəbindən təxirə salınmışdı.
Əvəzedicilərin çempionatı
27-ci turun oyunu
27 aprel (çərşənbə)
Bakı - İnter
Hakimlər: Ramil Əhmədov, Yuliya Larionova, Maya Nəbiyeva, Elçin Qasımov.
Hakim-inspektor: İsmayıl Əliyev.
"Bakı" FK-nın təlim-məşq bazasının stadionu. Saat 16:00.
