26 aprel 2011 15:41

Rəşad Sadiqov: XL-la 2-ci yer uğrunda mübarizə aparmalıyıq

“Qarabağ”ın kapitanı Rəşad Sadiqov “İnter”lə oyunda aldığı zədəsinin durumu və həmin oyun haqqında fikirlərini dilə gətirib. Azerisport.az xəbər verir ki, o, klubun rəsmi saytına açıqlamasında bunları dilə gətirib:
 
“Həmin epizodda yerə çox pis düşdüm. Çiynimlə bərabər başım da yerə dəydi. Öncə başım hərləndi, sonra çiyinimin ağrıdığını hiss etdim. Ayağa duranda isə belimin də ağrıdığını gördüm. İndi də belimdə ağrılarım davam edir. Sabahdan məşqlərə başlayacağıq. Amma deyə bilmərəm ki, sabah məşqə çıxa biləcəyəm, ya yox. Belə baxanda konkret bir zədəm yoxdu. Amma əzginlik var. “İnter”lə oyuna gəlincə, bilirdik ki, çətin olacaq. Düzdü, “bankirlər” lə son 3 oyunda qələbə qazanmışıq. Amma bu oyunlarda hədsiz dərəcədə çox qüvvə sərf etmişik. Əsas odu ki, 90 dəqiqə ərzində dayanmadıq. Daim axtarışdaydıq. Penaltiyə qədər də fərqlənmə imkanlarımız olmuşdu. Amma bu qol və 3 xal bizə faydalı oldu. Etiraf etmək lazımdı ki, son turdan sonra çempionluq şansları demək olar ki, qalmayıb. İndi “Xəzər Lənkəran”la 2-ci yer uğrunda mübarizə aparmalıyıq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.