26 aprel 2011 16:30

Mircavadov: Məncə, Mirça Rednik çempionatı qazanmağa söz vermişdi

“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Ağasəlim Mircavadov azerisport.az saytına müsahibəsində Azərbaycan kubokunun yarımfinalında çıxış edən komandaların şanslarını, Mirça Redniklə Arif Əsədovun cari mövsümkü işini qiymətləndirib.
 
- Sizcə, ölkə kubokunu bu il kim qazanacaq?
- Bütün yarımfinalçıların buna şansı var. “Bakı”dan başlayaq. Son oyunlarda paytaxt klubunun çıxışı mənim xoşuma gəlmir. Deyirlər ki, gücünü kubok oyunlarına saxlayırlar. Mən hesab edirəm ki, çempionatda məğlub olan komanda qələbə ruhunu da itirmiş olar. “İnter” son turlarda pis oynamır. Eyni sözləri AZAL haqqında da söyləmək olar. Hansı ki, çoxlarını təəccübləndirməkdə davam edir. Nazim Süleymanovun işi üzdədi. Baxaq görək “Xəzər Lənkəran” nəyə qadirdi. Bu turnir xüsusi yanaşma tələb edir.
 
- Nə əcəb bu komandalardan heç biri baş mükafata sahib çıxmağa favorit göstərilmir?
- Əgər Premyer Liqanın turnir cədvəlinə nəzər salsaq, müəyyən nəticə çıxarmaq olar. Lakin bir şeyi nəzərə almaq lazımdı ki, çempionatla kubok oyunları arasında fərq çox böyükdü. Təbii ki, 30 oyun keçirməklə baş mükafata sahib çıxmaqla bunu 6-7 oyuna etmək tam fərqlidi. Mən özüm də bu fərqi dəfələrlə hiss etmişəm. Başqa çempionatlarda da hətta aşağı liqa təmsilçilərinin kubokda necə sürprizlərə imza atdığını az görməmişik.
 
- AZAL-ın qələbə qazanması sürpriz sayıla bilər? Axı digərlərilə müqayisədə “təyyarəçilər” hələ bu turniri qazanmayıb...
- Onlar bu mövsüm artıq çox şey edib. Özü də onların heyəti demək olar ki, ortabab legionerlərdən qurulub. Bu, təbii ki, əsl sürpriz olar. Buna görə də hesab edirəm ki, “İnter”ə çətin olacaq.
 
- “Xəzər Lənkəran”la “Bakı” oynayanda ötən mövsümkü qarşılaşmalar yadınıza düşmür?
- (gülür) Tez-tez xatırlayıram. Xüsusilə də kubokun final matçını.
 
- Mirça Rednikin işini necə qiymətləndirirsiz? Razısız?
- Onun işindən mən yox, azarkeşlər və klub rəhbərliyi razı qalmaya bilər. Məncə, o, çempionatı qazanmağa söz vermişdi, buna görə gəldiyini bildirmişdi. Amma çempion “Neftçi” olacaq. Mən artıq onlar təbrik də etmişəm.
 
- Belə erkən?
- Bundan sonra “Neftçi” hətta özü bu üstünlüyünü əldən vermək istəsə belə, yenə buna nail ola bilməz. Onlar transferlərə də az pul xərclədilər. Pulu düzgün xərcləmək lazımdı. Bu, bütün klublara aiddi. Bizdə ambisiyalı klublar çoxdu və hamısı çempionluğu qazanmaq istəyir. Bu, yaxşıdı. Amma klublara daha uzunmüddətli planlar qurmaq lazımdı. Klublar artıq pul qazanmağa çalışmalıdı. Məsələn, sabah “Barcelona”da Qvardiola gedəcək, yerinə başqası gələcək, amma yenə həmin kadrlarla eyni uğurlar təkrarlanacaq. Amma bizdə necədi? Yeni baş məşqçi gələn kimi yeni oyunçulara, yeni sistemə üstünlük verilir.
 
- Bəs Arif Əsədovun fəaliyyətini necə qiymətləndirirsiz?
- Çempion olmaq çətin deyil, əsas avrokuboklarda uğur qazanmaqdı. “Neftçi” artıq çoxdan bu haqda düşünməlidi. Arifə gəlincə, gənc, inkişaf etmək istəyən məşqçidi. Amma ona elə bir köməkçi, məsləhətçi lazımdı ki, düzgün yol göstərsin. “Neftçi”yə avrokuboklar ərəfəsində güclənmək lazımdı. Yeri gəlmişkən, son vaxtlar Araz Abdullayev, Mirhüseyn Seyidov, Cavid İmamverdiyev və Amit Quluzadə az oynamağa başlayıb. Bu, nə ilə bağlıdı, bilmirəm. Amma onlar komandanın liderləri olmalıdılar. Legionerlərlə də bağlı danışmaq istərdim. Şübhəsiz ki, onların arasında Flavinyo və Vobayı ən yaxşılar hesab edirəm. Lakin kim zəmanət verə bilər ki, onlar növbəti mövsümdə də ən azı bu şəkildə oyun sərgiləyə biləcəklər? Bir neçə ay oynadıqdan sonra öz mövqelərini əldən verirlər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.