26 aprel 2011 16:56
XL - Bakı, İnter - AZAL matçlarına təyinatlar açıqlandı
Ölkə kubokunun yarımfinal mərhələsinin ilk oyunları üçün təyinatlar açıqlanıb. Azerisport.az xəbər verir ki, “İnter” – AZAL və “Xəzər Lənkəran” – “Bakı” görüşlərinin həm AFFA nümayəndələri, həm də hakim-inspektorlarının kimliyi artıq bəllidi.
Hakim təyinatları isə çox güman ki, sabah oyunun startına 1 saat qalmış açıqlanacaq. Çünki son vaxtlar AFFA Hakimlər Komitəsi məhz belə siyasət yürütməyə başlayıb.
Azərbaycan kuboku
1/2 final
27 aprel (çərşənbə)
İnter - AZAL
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Xaqani Məmmədov.
Bakı. "Şəfa" stadionu. Saat 18:00.
Xəzər Lənkəran - Bakı
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Nüvər Xasıyev.
Lənkəran. Şəhər mərkəzi stadionu. Saat 18:30.
