26 aprel 2011 17:23
Superliqa klubunda şok istefa
Türkiyə Superliqasında növbəti baş məşqçi istefası gerçəkləşib. Azerisport.az xəbər verir ki, “Gençlerbirliği”nin almaniyalı çalışdırıcısı Ralf Zumdik vəzifəsindən getmək istədiyini bəyan edib və rəhbərlik onun qərarını qəbul edib.
Tərəflər arasında dünən keçirilən görüşlər nəticəsində qarşılıqlı olaraq yolların ayrılmasına qərar verilib: “Rəhbərliklə görüşümüz nəticəsində yollarımızı ayırdıq. Bu klubda çalışmaq mənim üçün böyük bir qürur idi. Çətin bir dövrdə komandaya gəldim. Amma qarşımıza qoyulan vəzifəyə vaxtından öncə nail olduq. Bütün öhdəliklərimi yerinə yetirdim. Uşaqlar da əllərindən gələni etdilər. Amma indi artıq getməliyəm. Mənim davam etməyim üçün klubdan gözlədiklərim vardı. Lakin bunu görməyincə, yollarımızı ayırmalı olduq. Bunun səbəbini isə məndən yox, rəhbərlikdən soruşun” – deyə Zumdik, mətbuat konfransında bildirib.
