26 aprel 2011 17:42
Neftçidən məhbuslar üzərində qələbə (FOTOLAR)
Bu gün Penitensiar Xidmətin 9 saylı cəzaçəkmə msüəssisəsində cəzasını çəkən məhbuslarla “Neftçi” klubunun veteran futbolçuları arasında yoldaşlıq oyunu keçirilib. Azerisport.az xəbər verir ki, qarşılaşma 4:2 hesabı ilə “Neftçi”nin veteranlarının xeyrinə başa çatıb.
Oyundan sonra Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə qalib komandaya kubok, Penitensiar Xidmətin rəisi Mədət Quliyev və AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu isə məhbuslardan ibarət komandaya AFFA-nın hədiyyəsi olan topları təqdim ediblər. Sonda xatirə şəkli çəkdirilib.
