26 aprel 2011 18:07

İbrahim Banqura: Mən şəxsən Azərbaycana buna görə gəlmişəm

“Xəzər Lənkəran”ın qvineyalı yarımmüdafiəçisi İbrahim Banqura azerisport.az saytına müsahibəsində Azərbaycan kubokunun “Bakı” ilə qarşıdakı oyun ərəfəsində komandasının şanslarını dəyərləndirib.
 
- “Bakı” ilə kubok oyunu öncəsi nə düşünürsüz?
- Premyer Liqanı müvəqqəti də olsa yaddan çıxarmalı və “Bakı” ilə oyunlara köklənməliyik. Çünki rəqib ciddidi.
 
- İlk oyun üçün qarşınıza hansı məqsədi qoymusuz?
- İlk oyunu doğma divarlar arasında keçirəcəyik. Bu üzdən istənilən halda mütləq qələbə qazanmalıyıq. Hətta minimal hesablı qələbə də bizim üçün uğursuz nəticə olmayacaq.
 
- Təvazökarlıq etmirsizmi?
- Bu, minimal variantdı. Amma mümkün qədər iki, üç və ya dörd top fərqi ilə də qalib gəlməyimiz lazımdı. Nə qədər çox qol vursaq, bir o qədər yaxşıdı. Cavab oyunu öncəsi bu bizim işimizi daha da asanlaşdıra bilər.

- Ümumiyyətlə, bu turnir sizin üçün nə dərəcədə vacibdi? “İnter”, AZAL və “Bakı”dan fərqli siz artıq avrokuboklara vəsiqəni də təmin etmisiz...
- Mövsümü titulla bitirmək istənilən halda çox xoşdu. Bizim üçün bütün turnirlər vacibdi. Mən şəxsən Azərbaycana buna görə gəlmişəm. Hazırkı klubum ambisiyalı olmasıyla seçilir. Heç kimə nəyisə güzəştə getməyə hazırlaşmırıq.
 
- Siz bu rəqiblə cəmi 1 dəfə qarşılaşmısız. Rəqibin heyətində kimi qeyd edərdiniz?
- Jabanı. Təhlükəli hücumçudu. Mən onu hələ Türkiyədə oynadığımız dövrdən tanıyıram. Bütövlükdə də “Bakı” pis komanda deyil. Digər “altılıq” komandaları kimi onların da güclü heyəti var. Amma biz hamıdan güclüyük. Məncə, digər komandalar kimi bakılılar da bizimlə görüşdə müdafiədən oynayacaqlar.
 
- Premyer Liqaya qayıdaq. “Neftçi”ni çempionluq münasibətilə təbrik etmək olar?
- Hələ yox. Səkkiz xallıq fərq əlbəttə ki, ciddi göstəricidi. Amma “Neftçi” iki oyunda uduzsa, hər şeyi dəyişə bilər. Əgər bu alınmasa, onda ikinciliyimizi qorumalı olacağıq. Hansı ki, bunu da pis nəticə saymaq olmaz.
 
- Yəqin ki, bu yolda “Qarabağ”la mübarizəniz da asan keçməyəcək...
- Bu komanda da ciddi rəqibdi. Onların da Lənkərana səfəri var. Burda aydınlaşdırarıq. Əgər qalan 4 oyunda da AZAL ilə görüşdəki kimi oynasaq, onda bizim üçün hər şey yaxşı alınacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.