26 aprel 2011 19:04
Qazaxlar millimizə daha çox inanırlar, nəinki türklərə
Qazaxıstan Futbol Federasiyasının rəsmi saytında hazırda Astanada keçirilən “Prezident kuboku” ilə bağlı sorğu keçirilir. Azerisport.az xəbər verir ki, turnirin qalibinin kim olacağını öncədən müəyyənləşdirməyə çalışan qazaxların bu sorğusunda Azərbaycan millisinin də (U-17) uğuruna inananlar kifayət qədərdi.
Məsələ burasındadı ki, sorğuya qatılanların 33 faizi turniri məhz millimizin qazanacağını düşünür. Bu isə meydan sahibi olan Qazaxıstan yığmasında inananlarla müqayisədə (43 faiz) ikinci göstəricidi. Növbəti yerləri isə Türkiyə (17 faiz) və Ukrayna (3) yığmaları tutur.
Qeyd edək ki, bu gün startı verilən turnir ayın sonuna kimi davam edəcək. Komandamız açılış oyununda bu gün İran üzərində 2:1 hesablı qələbəyə sevinmişdi.
