27 aprel 2011 20:22
XL Bakı`dan qisasını aldı, İnter yenə AZAL-la bacarmadı (YENİLƏNİB)
Bu gün Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunları keçirilib. Azerisport.az xəbər verir ki, son ölkə çempionu “İnter” doğma meydanda AZAL-ı, “Xəzər Lənkəran” isə kubokun hazırkı qalibi “Bakı”nı sınağa çəkib.
Maraq üçün qeyd edək ki, “İnter” cari mövsüm hələ “təyyarəçilər”ə qalib gələ bilməmişdi. Bir dəfə 0:1, bir dəfə isə 0:5 hesabıyla uduzan “bankirlər” Premyer Liqadakı qisasını kubokda çıxmalıydı. Lakin daha bir çempionat oyununda 1:1 hesablı heç-heçəyə razılaşan tərəflər bu dəfə qolsuz ayrıldılar.
Lənkəran klubu isə ötən mövsüm onları həm çempionluqdan, həm də kubokdan etmiş “Bakı”dan qisasını almağa çalışırdı. Hansı ki, Premyer Liqanın cari mövsümündə buna nail ola bilməmişdi. Əksinə hər üç oyunda heç-heçəyə nail olan “zolaqlılar” elə cari mövsümdə də “Xəzər Lənkəran”a çempionluq yolunda az zərbə vurmamışdı. Lakin bu dəfə minimal hesablı qələbəyə sevinən cənublular nəhayət ki, uğursuz seriyaya son qoya bildilər.
Azərbaycan kuboku
1/2 final
İlk oyunlar
27 aprel (çərşənbə)
İNTER - AZAL - 0:0 (0:0)
Bakı. "Şəfa" stadionu.
Oyun başladı
Hər iki komanda oyuna fəal başlasa da, bu, real qol vəziyyətlərinin yaranmasına gətirib çıxarmır
"İnter" topa daha çox nəzarət edən tərəfdi
Asif Məmmədov iki epizodda hesabı açmaq şansını əldə verir
Branislav Çervenka əla qol şansından yararlana bilmir
Bir qədər sönük və maraqsız oyun keçir
Petar Zlatinovun zərbəsi azca dəqiq olsaydı, meydan sahibləri hesabı aça bilərdi
Viktor İbekoyi meydan sahiblərinin qapısına yol tapsa da, ofsayd qeydə alınır
Girt Karlsonun baş zərbəsini Cahangir Həsənzadə əla reaksiya ilə kornerə çıxarır
Çervenkanın yaxın məsafədən təhlükəli zərbəsində azca dəqiqlik çatışmır
Kruqlovun uzaqdan zərbəsi qapının üstündən keçir
"İnter" daha çox hücum edir. Müdafiəyə diqqəti daha çox ayıran AZAL isə əks-hücumlarda şansını sınayır
Karlson təkbətək çıxsa da, hesabı aça bilmir
Birinci hissə başa çatır
İkinci hissə başladı
Karlson daha bir əla qol fürsətini əldən verir
Lomaya AZAL-ın təhlükəli hücumu zamanı komandasını real qoldan xilas edir
Oyun qarşılıqlı hücumlar şəraitində keçsə də, ehtiyatı da əldən vermək istəmirlər və bu üzdən qapılar qarşısında real təhlükə yoxdu
C.Həsənzadə sarı vərəqə alır
AZAL-ın qapısı önündə qarışıqılıq yaransa da, meydan sahibləri bundan yararlana bilmirlər
Meydana yeni çıxan Poşkusun qonaqları məyus etmək cəhdi faydasız qalır
AZAL-ın baş məşqçisi Nazim Süleymanov texniki zonadan uzaqlaşdırılır
AZAL-da Mensur Limanini Mirko Bunyevçeviç əvəzləyir
Oyunun əsas vaxtına 4 dəqiqə əlavə olunur
Kruqlovun qüvvətli zərbəsini Cahangir kornerə çıxarır
Oyun başa çatdı
XƏZƏR LƏNKƏRAN – BAKI - 1:0 (1:0)
Qol: Parks, 23.
Lənkəran. Şəhər mərkəzi stadionu.
Xəzər Lənkəran: Kamran Ağayev, Simao Bruno, Andrey Mureşan, Manuel Skarlatake, Stelian Stanku, Rahid Əmirquliyev, Xristu Kyakyu, Julius Vobay, Elnur Abdullayev; Emeka Opara, Uinston Parks.
Bakı: Marko Şarlia, Aleksey Savinov, Stefan Bates, İbrahim Karqbo, Radomir Todorov, Cəmşid Məhərrəmov, Fabio Luis Ramim, Bəxtiyar Sultanov, Vadim Borets, Leonardo Roşa, Jaba.
Bakı: Marko Şarlia, Aleksey Savinov, Stefan Bates, İbrahim Karqbo, Radomir Todorov, Cəmşid Məhərrəmov, Fabio Luis Ramim, Bəxtiyar Sultanov, Vadim Borets, Leonardo Roşa, Jaba.
Bu gün Mirça Rednik 4-4-2 taktiki sxemini seçib. AZAL-a qarşı görüşdə ikinci hissədə oyuna əla qoşulan Opara bugün ikinci hücumçu qismində çıxış edir. Həmçinin keçən oyunun digər uğurlu əvəzetməsi Xrisrtu Kyaku da bü gün start heyətində yer alıb. Yenə də Rahid yeganə dayaq yarımmüdafiəçisidi. Artıq müdafiədə görməyə öyrəşdiyimiz Mureşan və Stanku da müvafiq olaraq mərkəz və sağ cinahda qərarlaşıblar.
"Neftçi"yə qarşı ilk 1/4 final oyunundan sonra beş oyunluq diskvalifikasiya edilmiş Mirça Rednik bu oyunda texniki zonada olmayacaq. Onun funksiyalarını Mihay Teja yerinə yetirəcək.
Oyun başladı
7. Vobay cərimə meydançasına daxil olaraq, iki müdafiəçinin arasından keçməyə çalışıb yerə yıxıldı. Hakim bunu simulyasiya kimi qələmə verdi və ona sarı vərəqə göstərir
11. Oparanın zərbəsi qapı dirəyinə dəyir
Meydan sahibləri aşkar üstün olan tərəfdi. Lakin hələlik cənublular bu üstünlüyü qola çevirə bilmirlər
15. Jabanın sol cinahla hərəkət etməsinin qarşısını Mureşan və Rahid alır
16. Sol cinahda isə Skarlatake Roşanı yıxır. Cərimə zərbəsindən asma və Manuel özü topu uzaqlaşdırır
18. Roşanın uzaqdan zərbəsi üstdən keçir
18. Roşanın uzaqdan zərbəsi üstdən keçir
23. Parks nəhayət ki, meydan sahiblərini hesabda önə keçirir - 1:0
23. Simao Brunonun sol cinahdan asması və müdafiəçinin arxasından Uinston Parks başla topu aşağı sağ küncə göndərdi.
25. Az qala ikinci qol vurulacaqdı! Vobayıın yaxın dirəyin yanından zərbəsini Şarliya çıxardı, ardınca Opara topu tora salmağa çalışdı, amma top geri qaytarıldı, Rahidin zərbəsini isə özünü yetirən qapıçı çıxardı
31. Bəxtiyar Sultanov müdafiənin diqqətindən yayınıb Kamranla təkbətək çıxdı, amma kapitan topa özünü daha tez yetirir
34. XL təhlükəli nöqtədən cərimə zərbəsi qazandı. Vobay topu Mureşanın önünə çıxardı, lakin "11" nömrənin zərbə vurmasını rəqib qabaqlayır
36. Az öncə Bəxtiyarın təkbətək çıxdığı mövqedən Jaba təkbətək çıxdı, lakin vura bilmədi. Az sonra yenə də Bəxtiyar elə eyni yerdən yenə də təkbətək qapıçı ilə üz-üzə çıxdı, bu dəfə Kamran topu çıxara bildi. Hər iki epizod Mureşanın mövqe səhvi ücbatından baş verdi
40. Cəmşid Məhərrəmovun zərbəsi Kamranın toxunuşundan sonra qapı dirəyinə dəydi. Künc zərbəsi və Kamran yenə yaxşı oynadı.
"Bakı" oyunu tarazlıq yaradıb
Birinci hissə başa çatdı
İkinci hissə başladı
46. XL-da ilk əvəzetmə. Oparanın yerinə meydana Katalin Doman daxil olur
47. Kyakuya qarşı kobudluq edən Bates sarı vərəqə alır
51. Ramim Skarlatakenin müdafiədən çıxmasına mane oldu və sarı vərəqə aldı
52. Elnur Abdullayev də meydanın mərkəzində rəqibi dayandırdığına görə sarı vərəqə alır
52. Elnur Abdullayev də meydanın mərkəzində rəqibi dayandırdığına görə sarı vərəqə alır
Oyun bir qədər kobud məcrada davam edir
Fasilədən sonra oyunda gərginlik qalsa da, ciddi epizodlar görə bilmirik. Oyunun ssenarisi hal-hazırda "Bakı" ilə çempionat oyunlarında olan gedişatı xatırladır
65. Vobayın doqquzluğa göndərmək istədiyi zərbə üstdən keçir
69. Rahiddən təhlükəli zərbə! Qapışı topu kornerə çıxarır
78. Oyunda yaranmış fasilə zamanı texniki zonaya yaxınlaşan Kamran buna görə sarı vərəqə alır
79. Daha bir sarı vərəqə "Bakı"dan Savinova göstərilir
79. Bu arada Alim Qurbanov Elnur Abdullayevi əvəzləyir
79. Bu arada Alim Qurbanov Elnur Abdullayevi əvəzləyir
80. Vobayın cərimə zərbəsi isə dəqiq olmur
81. Parksa gələn uzun ötürməni qəbul edən "Bakı" müdafiəçisi az qala adını tabloya yazdıracaqdı. Amma avtoqol baş vermədi
83. Alimin asmasından sonra Kyaku başla yaxın məsafədən topu qapıdan keçirə bilmir
88. XL-da sonuncu dəyişiklik. Julius Vobay yerini Elvin Beqiriyə verir
90. Beqirinin cərimə zərbəsindən sonra Skarlatakenin baş zərbəsi alınmır
3 dəqiqə əlavə vaxt təyin olunur
Matç başa çatdı
