26 aprel 2011 14:53
Azərbaycan millisi İran üzərində qələbə ilə başladı (YENİLƏNİB)
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Qazaxıstanda təşkil olunmuş “Prezident kuboku” turnirində bu gün ilk oyununu keçirib. Azerisport.az xəbər verir ki, ilk qarşılaşmada yığmamızın rəqibi İranın müvafiq yaş qrupundan ibarət komandası olub.
Qarşılaşmada yığmamız qələbə qazanan tərəf olub. Hər hissədə bir qol vuran futbolçularımız rəqibinə sadəcə təsəlli qolu imkanı yaradıb.
Qeyd edək ki, millimizin qrupunda İranla yanaşı Qazaxıstan və Özbəkistan da yer alıb.
Prezident kuboku
26 aprel
Azərbaycan - İran - 2:1 (1:1)
Qol: Qurbanəli Əliyev, 11, Orxan Əliyev, 75 - Karmollaçab Reza, 36.
Qeyd edək ki, yığmamız meydana aşağıdakı heyətlə çıxıb: 1. Əyyub Əliyev (k), 2. Elvin Camalov, 3. Şirməhəmməd Məmmədov, 4. Sadiq Quliyev, 5. Adil Nəbiyev, 7. Kamran Abdullazadə, 8. Kənan Manafov, 9. Qurabanəli Əliyev, 10. Orxan Əliyev, 11. Ruslan Abdullayev, 16. Ruslan Nəsirli.
Ehtiyat oyunçular: 12. Polad Mirzəzadə, 13. Nurlan Şiriyev, 6. Rüstəm Əsgərov, 18. David Qarayev, 19. Vəkil Talıbov, 17. Coşqun Diniyev, 14. Ramin Şirinov.
Ehtiyat oyunçular: 12. Polad Mirzəzadə, 13. Nurlan Şiriyev, 6. Rüstəm Əsgərov, 18. David Qarayev, 19. Vəkil Talıbov, 17. Coşqun Diniyev, 14. Ramin Şirinov.
