27 aprel 2011 00:01
Yığmamız macarlar üzərində qələbə qazandı
Macarıstanda təlim-məşq toplanışında olan 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması daha bir yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, komandamız Macarıstanın “Fradi” klubunun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Görüş yığmamızın 3:1 hesablı qələbəsi ilə başa çatıb.
