26 aprel 2011 00:05
Sadıqovun komandası qələbəni əldən verdi
Rusiya Premyer Liqasında 6-cı turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, millimizin sabiq baş məşqçisi Vaqif Sadıqovun köməkçi-məşqçi kimi fəaliyyət göstərdiyi “Anji” səfərdə Moskva “Dinamo”su ilə qarşılaşıb.
Mahaçqala klubu bu dueldən 1 xalla ayrılıb. Qarşılaşmada hesabı 58-ci dəqiqədə qonaqların ünlü müdafiəçisi Roberto Karlos penalti zərbəsi sayəsində açıb. Cəmi bir neçə dəqiqə üstünlüyünü əldən verən Sadıqovun komandası 72-ci dəqiqədə Anqbvanın qoluyla yenidən önə keçib. Lakin görüşün bitməsinə 2 dəqiqə qalmış qapısına penalti təyin olunan “Anji” sonda heç-heçə ilə qayıtmaq məcburiyyətində qalıb.
Qeyd edək ki, bu nəticədən sonra 9 xala malik olan “Anji” 6-cı pillədə qərarlaşıb. Həmyerlimizin komandası növbəti turda doğma meydanda “Rostov”u qəbul edəcək.
