26 aprel 2011 11:34

Mirça Rednik Lənkəranda ilkə imza atdı

Azərbaycan Premyer Liqasının XXVIII turu “Xəzər Lənkəran” üçün növbəti böyük hesabli qələbə ilə əlamətdar oldu. Azerisport.az xəbər verir ki, bu komanda mövsümdə 2-ci dəfə rəqibini 3 top fərqi ilə məğlub edə bildi.
 
Mirça Rednikin baş məşqçi postuna keçməsindən sonra ilk “qurbanı” MOİK olan komanda yenə paytaxt təmsilçisini, lakin bu dəfə AZAL-ı üstələdi. Çempionatın 5-ci turunun MOİK-lə görüşündə olduğu kimi yenə hesab 3:0 oldu. Ötən il sentyabrın 12-dəki həmin zəfərdən sonra azarkeşlər 223 gün idi ki, belə qələbənin intizarında idi. Bu müddətdə 25 rəsmi matça çıxan cənublular 3 və ya daha çox top fərqi ilə qalib gələ bilmirdi.
 
MOİK-lə qarşılaşma AZAL-la olduğu kimi ev oyunu olsa da həmin matç Suraxanı qəsəbə stadionunda keçirilmişdi. Bu isə o deməkdi ki, Lənkərandakı son böyük hesablı qələbə daha əvvəl baş verib. Bu, ötən mövsümün gedişində qeydə alınıb. Final mərhələsinin “ilk altılığ”ının 1-ci turunda “Qəbələ” ilə görüşən XL 4:1 hesabına sevinmişdi. Martın 12-dəki həmin zəfərdən sonra lənkəranlı azarkeşlər növbəti böyük hesablı qələbəni 407 gün gözləməli oldular. Bu qələbə Rednikin Lənkəranda ilk böyük hesablı qələbəsidi.
 
Qeyd edək ki, cari mövsüm çempionatda 2-ci belə qələbəsini qazanan “Xəzər Lənkəran” iştirak etdiyi bütün çempionatlarda ən azı 1 böyük hesablı qələbə qazanıb.
 
2004/05 – 8
2005/06 – 1
2006/07 – 6
2007/08 – 5
2008/09 – 5
2009/10 - 4
2010/11 – 2
Cəmi - 31
 
Bundan başqa “Xəzər Lənkəran” ölkə kubokunda da 10 böyük hesablı qələbə qazanıb:
2004/05 – 0
2005/06 – 2
2006/07 – 3
2007/0/8 – 3
2008/09 – 2
2009/10 – 0
2010/11 - 0
 
İndiyəqədərki “qurbanlar” arasında heç vaxt AZAL olmamışdı. Bu, “təyyarəçilər”lə görüşlərdəki ilk darmadağındı. (XL-ın rəsmi saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.