26 aprel 2011 12:37

Beşiktaş`da növbəti qalmaqal: Nihat Kuaresmaya hücum çəkdi (FOTO)

Türkiyə Superliqasının dünən keçirilən “Konyaspor”la səfər matçı “Beşiktaş” üçün yeni qalmaqalla yaddaqalan olub. Azerisport.az xəbər verir ki, cari mövsümün ən uğursuz komandalarından birinə çevriən “qara qartallar”ın təcrübəli hücumçularından Nihat matçın gedişində Kuaresmaya hücum çəkərək, onunla əlbəyaxaya çıxıb.
 
Matçın 52-ci dəqiqəsində oyuna daxil olan Nihat Kahveçi bundan 15 dəqiqə sonra Rikardo Kuaresma ilə birlikdə hücuma çıxarkən oyundaşından ötürmə ala bilməyincə əsəblərini cilovlaya bilməyib. Nəticədə bir-biriylə əlbəyaxaya çıxan tərəfləri sonuncunun həmyerlisi Fernandes ayırıb.
 
Matçdan sonra Nihat münaqişə ilə bağlı bunları dilə gətirib: "İkinci yarı daha yaxşı oyun sərgilədik. Əlimizdən gələni etməyə çalışdıq. 10 nəfər qalınca oyunu riskə atdıq. Amma qalib gələ bilmədik. Kuaresma ilə bağlı epizodda isə pas istədim. Onun həmin anda mənə göstərdiyi reaksiya sonrası belə olay meydana çıxdı. Başqa bir problem yoxdu”.
 
Qeyd edək ki, bu, artıq “Beşiktaş”da cari mövsüm ikinci belə daxili qalmaqaldı. Buna qədər “qara qartallar”ın sabiq kapitanı İbrahim Üzülməz İbrahim Toramanı paltardəyişmə otağında vurduğuna görə klubdan qovulmuşdu. İndi Nihatın da mövsümün sonunda eyni şəkildə komandadan kənarlaşdırılacağı bildirilir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.