27 aprel 2011 13:23
Azarkeşlər futbolçuları ölümlə hədələdi
Almaniya Bundesliqasının cari mövsümündə elitada qalmaq uğrunda mübarizə aparan "Cologne"ün futbolçuları ölümlə hədələnib. Azerisport.az xəbər verir ki, buna komandanın uğursuz çıxışı səbəb olub.
Bundesliqanın son turunda autsayderlər qrupunda qərarlaşan "Wolfsburg"la səfər matçında 1:4 hesabıyla məğlub olaraq vəziyəttini daha da pisləşdirən Köln təmsilçisinin azarkeşləri bunu cavabsız qoymayıb. Belə ki, həmin oyunun səhəri günü futbolçular çıxdıqları məşqdə sürprizlə qarşılaşıblar. Naməlum şəxslər stadiona üzərinə "Bundesliqadan düşsəniz, sizi öldürərik" yazılmış pankart asıblar. Bəzi futbolçular hətta bu hadisədən şoka düşüb. Elə komandanın baş məşqçisi Frank Şafer də yazının onu şoka saldığını və bunun futbolçulara mənfi təsir etdiyini bildirib.
Artıq Köln polisi komandanın məşqlərinə xüsusi briqada göndərməklə bağlı qərar qəbul edib. Bundan sonra " Cologne" məşqlərə polis nəzarəti altında çıxacaq.
Qeyd edək ki, hazırda hesabında 35 xal olan " Cologne" 18 komanda arasında 14-cü pillədə qərarlaşıb.
