28 aprel 2011 01:54
İngiltərə çempionatı: Fulham Bolton`u dağıtdı (YENİLƏNİB)
İngiltərə Premyer Liqasında 33-cü turdan təxirə salınan oyunlar keçirilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Çempionatın ortabablarından olan “Stoke City” doğma meydanda autsayderlər qrupunda qərarlaşan “Wolverhampton”u qəbul edib. Meydan sahibləri 3 cavabsız qol vuraraq, növbəti 3 xala sahib çıxıb.
İkinci oyun günündə isə ortabablardan daha biri – “Fulham” də evdə avrokuboklara vəsiqə qazanmaq istəyən “Bolton”u sınağa çəkib. Lakin 3 cavabsız qol buraxaraq, ağır yenilgiylə üzləşən qonaqlar bu arzusunu gerçəkləşdirmək şansını azaldıb. Əksinə, meydan sahibləri bir qələbə sayəsində "Bolton"a yetişib.
İngiltərə Premyer Liqası
33-cü turun oyunları
26 aprel
Stoke City – Wolverhampton – 3:0
Qollar: Jones, 16, Şaukros, 45, Pennant, 51.
27 aprel
Fulham – Bolton - 3:0
Qollar: Dempsi, 15; 48, Hangeland, 15.
| 1 | Manchester United | 34 | 21 | 10 | 3 | 71 | - | 32 | 73 |
| 2 | Chelsea | 34 | 20 | 7 | 7 | 64 | - | 27 | 67 |
| 3 | Arsenal | 34 | 18 | 10 | 6 | 67 | - | 36 | 64 |
| 4 | Manchester City | 33 | 17 | 8 | 8 | 51 | - | 30 | 59 |
| 5 | Tottenham | 33 | 14 | 13 | 6 | 49 | - | 41 | 55 |
| 6 | Liverpool | 34 | 15 | 7 | 12 | 51 | - | 39 | 52 |
| 7 | Everton | 34 | 11 | 14 | 9 | 47 | - | 42 | 47 |
| 8 | Bolton | 34 | 12 | 10 | 12 | 48 | - | 47 | 46 |
| 9 | Fulham | 34 | 9 | 15 | 10 | 40 | - | 36 | 42 |
| 10 | Stoke | 34 | 12 | 6 | 16 | 43 | - | 43 | 42 |
| 11 | Newcastle | 34 | 10 | 11 | 13 | 49 | - | 48 | 41 |
| 12 | Sunderland | 34 | 10 | 11 | 13 | 39 | - | 49 | 41 |
| 13 | Aston Villa | 34 | 10 | 11 | 13 | 43 | - | 55 | 41 |
| 14 | West Bromwich | 34 | 10 | 10 | 14 | 49 | - | 64 | 40 |
| 15 | Birmingham | 34 | 8 | 14 | 12 | 34 | - | 51 | 38 |
| 16 | Blackburn | 34 | 9 | 8 | 17 | 40 | - | 55 | 35 |
| 17 | Blackpool | 34 | 9 | 7 | 18 | 48 | - | 70 | 34 |
| 18 | Wigan | 34 | 7 | 13 | 14 | 34 | - | 57 | 34 |
| 19 | Wolverhampton | 34 | 9 | 6 | 19 | 37 | - | 60 | 33 |
| 20 | West Ham | 34 | 7 | 11 | 16 | 39 | - | 61 | 32 |
