27 aprel 2011 13:40

Kamran Ağayev: Heç kim bizə qarşı açıq futbol oynaya bilmir

Milli komandamızın və “Xəzər Lənkəran”ın qapıçısı Kamran Ağayev “Bakı” ilə kubok oyunu ərəfəsində komandasının şanslarını dəyərləndirib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
 
- “Bakı” ilə oyuna necə hazırlaşmısız?
- Komandamız həmişəki qaydada hazırlaşıb. Biz ölkə kubokunun yarımfinalında mümkün qədər yaxşı çıxış etməyi hədəfləmişik. Aydın məsələdi ki, ilk oyunda mütləq qələbə qazanmalıyıq. Amma bu mərhələni bütövlükdə uğurla başa vurmağımız lazımdı. Rəqibimiz də adi komanda deyil. Əminəm ki, “Bakı” Lənkərana böyük ambisiyalarla gəlib.
 
- Komandanızın cütün taleyini elə ilk oyunda həll etmək şanslarını necə qiymətləndirirsiz?
- Kubok oyunlarında proqnoz vermək çox çətindi. Yarımfinala yüksələn komandalar zəif ola bilməz. Ola bilər ki, hətta evdə uduzaq, amma səfərdə qələbə qazanaq. Başlıcası finala çıxmaqdı. Şansları qiymətləndirmək asandı, amma meydana çıxıb oynamaq, bunu sübut etmək bir qədər çətindi. Hər bir yarımfinal oyunu finala aparır. Biz də bu yolu layiqli şəkildə keçmək istəyirik.
 
- Cari mövsüm “Bakı” heç də inamlı təsir bağışlamır. Demək olar ki, XL bu cütün favoritidi?
- Xeyr, belə deməzdim. “Bakı” indi tam olaraq kuboka köklənib. Heç bir komanda mübarizə aparmadan finala yüksələ bilməz. Bütün yarımfinal oyunları prinsipial xarakter daşıyır. Buna görə də düşünürəm ki, nə XL – “Bakı”, nə də “İnter” – AZAL matçına adi gözlə baxmaq lazım deyil. Hər iki qarşılaşma böyük əhəmiyyət daşıyır. Bizim məqsədimiz “zolaqlılar”ı keçməkdi. Bunun üçün isə meydanda maksimum gücümüzü qoymalıyıq.
 
- “Bakı” ilə oyunlar sizin üçün həm də prinsipiallığı ilə seçilir...
- Bütün oyunlarımız bizim uçun vacibdi. Ötən mövsüm nə olmuşdusa, geridə qalıb. Onları unutmaq lazımdı və qarşıdakı oyunlara köklənməliyik. “Bakı” ilə həmin oyunlarımızı heç xatırlamaq da istəmirəm. Ona görə də “Bakı” ilə oyuna adi qaydada hazırlaşırıq. Hər dəfə ötən mövsüm olanları xatırlamaq lazım deyil.
 
- Sizcə, XL “Bakı”nı nəyin sayəsində keçə bilər?
- Fikrimcə, “Bakı”nı ancaq ağıllı və layiqli oyun sayəsində mübarizədən kənarlaşdıra bilərik. Məgər “Xəzər Lənkəran” indiyə kimi bunu bacardığını sübut etməyib ki? Biz finala daha çox layiq olduğumuzu isbatlamaq istəyirik. Yaxşı heyətimiz var. Özü də ilk oyunu doğma divarlar arasında oynayacağıq. Bundan maksimum yararlanmalıyıq.
 
- Çoxları iddia edir ki, “Bakı” XL üçün uğursuz rəqibdi. Siz də belə düşünürsüz?
- Bu, düzgün fikir deyil. Sadəcə onlar bizimlə oyunlara ikiqat güclə hazırlaşırlar. Lənkəranda 4-5 müdafiəçiylə oynayırlar. Heç kim bizə qarşı açıq futbol oynaya bilmir. Hamı müdafiəyə oturub hücum üçün zamanını gözləyir. “Bakı”nın uğursuz rəqib olmasına gəlincə, XL üçün bütün rəqibləri eynidi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.