27 aprel 2011 14:43
Barcelona və Real El clasicoya itkilərlə çıxacaq
Bu gün Çempionlar Liqasının ilk yarımfinal maçtında üz-üzə gələcək İspaniya nəhəngləri - “Barcelona” və “Real” bu prinsipial qarşılaşmaya ciddi itkilərlə çıxacaq. Azerisport.az xəbər verir ki, Madriddə keçiriləcək qarşılaşmada hər iki komandanın orta sahəsində ciddi boşluq hiss etmiş olacaq.
Belə ki, “Barcelona”da ulduz futbolçularından İnyestanın, “Real” isə Xediranın bu qarşılaşmada iştirak etməyəcəyi artıq dəqiqdi. Qeyd edək ki, Sami Xedira elə ötən həftə İspaniya kubokunun “Barcelona” ilə final matçında sıradan çıxmışdı. Onun uzun müddət yaşıl meydanlardan kənarda qalması gözlənilir. Baş məşqçi Joze Mourinyonun Xedira'nın yerinə Lassana Diarranı oynatması proqnozlaşdırılır. Uzun müddətdi zədəsi davam edən Fernando Qagonun da xidmətinn məhrum olan “Real”da diskvalifikasiyaya məruz qalan Rikardo Karvalyo da oynaya bilməyəcək.
İnyesta da zədədən əziyyət çəkir. La Liqanın “Osasuna” ilə oyunundan sonra sıradan çıxan Andresdən başqa, Kataloniya klubu Erik Abidal, Adriano ve Maksvelin də yoxluğunu hiss edə bilər.
