27 aprel 2011 15:42
Avstriyalılar ölkəmizdə çıxış edən müdafiəçiyə elçi düşüb (FOTO)
Son Azərbaycan çempionu “İnter”in müdafiəçisi İlia Kandelaki yenidən Avstriyaya qayıda bilər. Azerisport.az xəbər verir ki, “Sturm” vaxtilə şərəfini qorumuş bu futbolçunu yenidən sıralarına qaytarmağın mümkünlüyünü nəzərdən keçirir.
Qeyd edək ki, Kandelaki “Dinamo” (Tiflis), “Chernomorets” (Odessa), “Carl Zeiss” kimi klublarla yanaşı 2008-2010-cu illər dövründə “Sturm Graz”da da top qovub. O, ötən ilin yayında “İnter”ə məhz Avstriya klubundan transfer olunub. Lakin indi “Sturm Graz” rəhbərliyi onu buraxmasına peşman olub və təcrübəli sol cinah müdafiəçisinə böyük ehtiyac hiss edir. Onun gedişindən sonra yaranan boşluğu doldura bilməyən klub rəhbərliyi yayda Kandelakini geri qaytarmağa çalışacaq.
