27 aprel 2011 17:01
XL - Bakı, İnter - AZAL matçlarının hakimləri açıqlandı
Azərbaycan kubokunun 1/2 final mərhələsinin ilk oyunlarına hakim təyinatları açıqlanıb. Azerisport.az xəbər verir ki, artıq hər iki oyunu idarə edəcək hakimlər bəllidi.
Belə ki, "Xəzər Lənkəran" - "Bakı" oyununa FİFA referisi Fariz Yusifov təyin olunub. "İnter" – AZAL qarşılaşmasını isə Elçin Məmmədov idarə edəcək.
Azərbaycan kuboku
Yarımfinal
27 aprel
İnter - AZAL
Hakimlər: Elçin Məmmədov, Munis Abdullayev, Yaşar Abbasov, Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Xaqani Məmmədov.
Bakı. "Şəfa" stadionu. Saat 18:00.
Xəzər Lənkəran - Bakı
Hakimlər: Fariz Yusifov, İlham Əliyev, Mehman Mahmudov, Teymur Fərhadov.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Nüvər Xasıyev.
Lənkəran. Şəhər mərkəzi stadionu. Saat 18:30.
