27 aprel 2011 17:20
PFL 29-cu turun bir oyununun keçirilmə yerini dəyişdi
Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan Azərbaycan çempionatının 29-cu turunun bir oyununun keçirilmə yeri dəyişdirilib. Azerisport.az xəbər verir ki, MOİK - "Simurq" oyununun öncədən nəzərdə tutulduğu arenada keçirilməyəcək.
Belə ki, bu qarşılaşmanın öncədən Bakıdakı "Şəfa" stadionunun 4-cü meydançasında oynanılacağı açıqlanmışdı. Lakin Peşəkar Futbol Liqası bu gün yaydığı xəbərlə görüşün Lökbatan Olimpiya İdman Kompleksinin stadionunda keçiriləcəyini bəyan edib.
Əvəzedicilərin çempionatı
29-cu tur
29 aprel (cümə)
MOİK - Simurq
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu. Saat 14:00.
