27 aprel 2011 18:03
Rəşad Sadıqov yenə Türkiyəyə yollandı
“Qarabağ”ın təcrübəli müdafiəçisi, millimizin kapitanı Rəşad Sadıqov “Bakı”yla oyunöncəsi ciddi problemlə üzləşib. Azerisport.az xəbər verir ki, onun topuğunda kəskin ağrı yaranıb.
Artıq müayinə olunmaq üçün 28 yaşlı müdafiəçi Türkiyəyə yola düşüb. Daha öncələr aldığı köhnə zədənin yenidən özünü göstərməsi Rəşadı belə addım atmağa vadar edib. Qardaş ölkədə müayinə olunacaq Sadıqovun durumuna İstanbulda aydınlıq gələcək. Bu səbəbdən müdafiəçinin qarşıdan gələn “Bakı”yla oyunda iştirak sual altındadı.
