27 aprel 2011 20:36
“Oyunçuları meydanda vurub öldürmək lazımdı ki, penalti versinlər?”
AZAL-ın baş məşqçisi Nazim Süleymanov “İnter”lə kubokun ilk yarımfinal matçını şərh edib. Azerisport.az xəbər verir ki, o, qolsuz bitən qarşılaşmadan sonra bunları dilə gətirib:
“Kubok oyunları çempionat görüşlərindən fərqlənir. Burda hər şeyə iki oyunda aydınlıq gəlir. Birinci hissədə “İnter” daha yaxşı təsir bağışlayırdı. Fasilədən sonra isə biz üstün tərəf idik. Lakin qol vurmaq alınmadı. Təəssüf ki, hakimlik barədə danışmaq məcburiyyətindəyəm. Mən hakimləri başa düşə bilmirəm. Yəni oyunçuları meydanda vurub öldürmək lazımdı ki, penalti versinlər”?
