27 aprel 2011 20:47
Kaxaber Sxadadze: Heç-heçə də pis nəticə deyil
Son ölkə çempionu “İnter”in baş məşqçisi Kaxaber Sxadadze AZAL ilə kubokun yarımfinal mərhələsinin ilk oyununu şərh edib. Azerisport.az xəbər verir ki, “bankirlər”in baş məşqçisi qolsuz bitən qarşılaşmadan sonra bunları dilə gətirib:
“Heç-heçə cavab oyunu ərəfəsində pis nəticə deyil. Amma bununla yanaşı qol vurmağı da çox istərdik. Hər iki komandanın oyun qrafiki ağırdı. Hər halda daha tez bərpa olunan qələbə qazanacaq”.
“Heç-heçə cavab oyunu ərəfəsində pis nəticə deyil. Amma bununla yanaşı qol vurmağı da çox istərdik. Hər iki komandanın oyun qrafiki ağırdı. Hər halda daha tez bərpa olunan qələbə qazanacaq”.
