27 aprel 2011 21:03
AZAL-ın prezidenti hakimləri bandit adlandırdı
AZAL-ın prezidenti Vaqif Qasımov yenidən hakimlərin idarəçiliyini tənqid edib. Azerisport.az xəbər verir ki, o, komandasının Azərbaycan kubokunun bu günkü “İnter”lə ilk yarımfinal matçından sonra etirazını bir qədər fərqli şəkildə dilə gətirib.
Belə ki, Elçin Məmmədovun rəhbərlik etdiyi hakimlər briqadasının qolsuz heç-heçə ilə bitən görüşdəki idarəçiliyindən kəskin narazılığını müxtəlif epitetlərlə ifadə edən Qasımov onları hətta “bandit” adlandırmaqdan da çəkinməyib.
