27 aprel 2011 21:14
Mihay Teja: Oyundan və nitəcədən razı qaldım
Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyununda “Xəzər Lənkəran” doğma meydanda kubokun son qalibi “Bakı” klubunu 1:0 hesabı ilə məğlub etdi. Azerisport.az xəbər verir ki, cəzalı Mirça Rednikin yoxluğunda komandanı meydana çıxaran köməkçisi Mihay Teja görüşlə bağlı bunları dilə gətirib:
“İlk növbədə azarkeşlərimizə təşəkkürümü bildirirəm, bizi sonadək dəstəklədilər. Stadionda əsl Avropa ab-havası yaratmışdılar. Qoldan sonra daha bir neçə dəfə fərqlənə bilərdik. İkinci qol işimizi daha da asanlaşdırardı. Komandanın oyunundan və nitəcədən razı qaldım”.
