27 aprel 2011 21:32
Mirça Rednik: XL-ı tərk etməyə hazırlaşmıram
“Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik cənub təmsilçisini Buxarest “Rapid”i ilə dəyişəcəyinə dair şayiələrə münasibət bildirib. Azerisport.az xəbər verir ki, Rumıniya mətbuatına açıqlamasında o, bunları dilə gətirib:
“Rapid”ə keçəcəyimə dair heç kimlə danışıq aparmamışam. Fikrimcə, bu kluba gedişim heç də düzgün addım olmazdı. Özü də mənim hələ Azərbaycan klubu ilə 2 illik müqaviləm var. Maliyyə şərtləri də məni tam qane edir. Hazırkı komandamı tərk etməyə hazırlaşmıram”.