28 aprel 2011 00:04

Yarıyolda irəliləyən yalnız Xəzər Lənkəran oldu

Futbol üzrə Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunları artıq geridə qaldı. Azerisport.az ilk oyunlardan sonra 4 ən güclünün finala çıxmaq yolundakı şanslarını bir daha dəyərləndirəcək.
 
Çempionatın ötən turunda uğursuz seriyaya son qoyan “Xəzər Lənkəran” bundan cəmi dörd gün sonra yenə doğma arenada qarşılaşdığı “Bakı” ilə oyunda növbəti sindroma son qoymağa borclu idi. Həm “Bakı”, həm də XL üçün kubok mübarizəsinin nə qədər ciddi olduğunu anlamaq üçün isə çempionatın turnir cədvəlinə diqqət yetirmək kifayətdi. Hazırda ikinci pillədə qərarlaşmış “Xəzər Lənkəran” çempionluq uğrunda mübarizə aparsa da, sona dörd tur qalmış liderlə xal fərqi səkkizdi. Bu səbəbdən mövsümü titulla bitirmək baxımından kubokun çox böyük əhəmiyyəti var. Elə “Bakı” üçün də kubokun əhəmiyyəti az deyil. Özü də cənublulardan fərqli olaraq paytaxt klubunun bu mövsüm üçün medal qazanmaq şansları qalmayıb. Ona görə də “Bakı” bu yarışa istər titul, istərsə də avrokuboklar baxımından böyük ümidlər bəsləyir. Yəni “zolaqlılar”ın da kuboku qazanmaq istəyi ən azı elə lənkəranlılarınkı qədərdi.
 
“Bakı” həm də kubokun hazırkı qalibi idi. Axı bakılılar ötən mövsüm məhz Lənkəran klubu üzərində qazandığı qələbə sayəsində kuboku başı üzərinə qaldırmışdı. “Zolaqlılar”ın ötən çempionatın son turunda “Xəzər Lənkəran”ı məğlub etməklə, rəqibini çempionluqdan etməsi də yəqin ki, yaddan çıxmayıb. Məhz bu üzdən cənubluların qisas almaq istəyi də az deyildi. Hansı ki, buna cari mövsümkü çempionat oyunlarında nail ola bilməmişdilər. Əksinə, paytaxt klubu hər üç oyunda heç-heçəyə nail olmaqla bu il də rəqibinə az zərbə endirməmişdi.
 
Lakin bu dəfə “Xəzər Lənkəran”ın “Bakı” sindromu başa çatdı. Düzdü böyük üstünlüyə rəğmən minimal hesablı qələbəylə kifayətlənsə də, hər halda cənub təmsilçisi üçün də bu da bir üstünlükdü. Ən azı ona görə ki, cavab görüşündə istənilən hesablı heç-heçə bu komandanı növbəti mərhələyə daşıyacaq. Aleksandr Starkovun komandası isə bu gedişlə deyəsən, mövsümü titulsuz başa vurmuş olacaq. Bir sözlə, kubokun hazırkı sahibi titulunu qoruya bilməyəcək. Axı səfərdə qol vura bilməyən “zolaqlılar” indi 2 top fərqi ilə qalib gəlməlidi. Halbuki, bu, qətiyyən real görünmür.
 
Digər yarımfinal cütündəki rəqiblər isə demək olar ki, hər şeyi cavab görüşünə saxladılar. Baxmayaraq ki, “İnter”in də AZAL-la xüsusi haqq-hesabı var idi və bunu nəhayət ki, kubok görüşündə çürüdəcəyi gözlənilirdi. Axı tərəflərin cari mövsüm öz aralarındakı oyunlarda bir qayda olaraq Nazim Süleymanovun komandası üstün olmuşdu. Bir dəfə 5:0, bir dəfə isə 1:0 hesabıyla rəqibini üstələyən AZAL bir dəfə də 1:1 hesablı heç-heçəyə razılaşmışdı. Bu üzdən də son çempion kubokda sözügedən uğusuzluğa son qoymalı idi.
 
Gəl ki, Lənkəran klubundan fərqli “bankirlər”in bu istəyi baş tutmadı. Düzdü, minimal hesablının hələlik kimə sərfəli olduğunu demək bir qədər çətindi. Məsələ burasındadı ki, bu nəticə “İnter”ə səfərdə istənilən qollu heç-heçə ilə növbəti mərhələyə adlamaq şansı da yaradır. Lakin Nazim Süleymanovun da komandası minimal üstünlüklə adını finala yazdıra bilər. Amma onun yoxluğunda. Çünki ilk oyunda hakimlikdən kifayət qədər narazı qalan “təyyarəçilər”in çalışdırıcısı məhz buna etiraz etməsi səbəbindən texniki zonadan kənarlaşdırıldı və güman ki, mövsümün sonuna kimi komandasının başında ola bilməyəcək.
 
Sonda onu da vurğulayaq ki, finalçıların adlarına mayın 4-də keçiriləcək cavab oyunlarından sonra bilinəcək.
 
Azərbaycan kuboku
1/2 final
İlk oyunlar
 
Xəzər Lənkəran - Bakı - 1:0 (1:0)
Qol:  Uinston Parks, 23.
Vərəqələr: Julius Vobay, 6, Elnur Abdullayev, 52, Kamran Ağayev, 78 - Stevan Bates, 47, Fabio Luis Ramim, 51, Aleksey Savinov, 79 – sarı.
Hakimlər: Fariz Yusifov, İlham Əliyev, Mehman Mahmudov, Teymur Fərhadov.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Nüvər Xasıyev.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
27 aprel 2011. Lənkəran şəhər mərkəzi stadionu. 14000 tamaşaçı.
Xəzər Lənkəran: 1. Kamran Ağayev (k), 6. Simao Bruno, 10. Elnur Abdullayev (18. Alim Qurbanov, 78), 11. Andrey Mureşan, 14. Rahid Əmirquliyev, 15. Emeka Opara (30. Katalin Doman, 46), 17. Xristu Kyaku, 27. Manuel Skarlatake, 36. Uinston Parks, 77. Stelian Stanku, 84. Julius Vobay (3. Elvin Begiri, 88).
Ehtiyat oyunçular: 26. Orxan Sadıqlı, 8. Nikolae Muşat, 19. İbrahima Banqura, 23. Şəhriyar Xəlilov.
Məşqçi: Mihay Teja.
Bakı: 1. Marko Şarliya, 4. Vadim Borets (77. Aleksandar Soliç, 80), 15. Cəmşid Məhərrəmov (k), 18. Radomir Todorov, 20. Fabio Luis Ramim, 27. Bəxtiyar Soltanov (9. Vaqif Cavadov, 82), 30. İbrahim Karqbo, 32. Aleksey Savinov, 33. Stevan Bates, 85. Jaba (12. Vyaçeslav Sofroni, 86), 99. Leonardo Roşa.
Ehtiyat oyunçular: 23. Xalidu Sissoko, 7. Mahmud Qurbanov, 29. Əziz Quliyev, 39. Ruslan Leviqa.
Baş məşqçi: Aleksandr Starkov.
 
İnter - AZAL - 0:0
Vərəqələr: Cahangir Həsənzadə, 69, Zohair Benouahi, 78 – sarı.
Hakimlər: Elçin Məmmədov, Munis Abdullayev, Yaşar Abbasov, Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Xaqani Məmmədov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 4 dəq.
27 aprel 2011. Bakı. “Şəfa” stadionu. 600 tamaşaçı.
İnter: 1. Georgi Lomaya, 6. Dmitri Kruqlov, 8. Aleksandr Çertoqanov (12. Filip Despotovksi, 74), 11. Asif Məmmədov, 13. Bronislav Çervenka, 14. Petar Zlatinov (32. Robertas Poşkus, 77), 15. Vladimir Levin (k), 19. David Odikadze, 20. Girt Karlson, 21. Arif Daşdəmirov, 44. Valeri Abramidze.
Ehtiyat oyunçular: 72. Dmitri Kramarenko, 16. Elnur Abdulov, 23. Şəhriyar Rəhimov, 77. Daniel Genov, 88. Kaxaber Mjavanadze.
Baş məşqçi: Kaxaber Sxadadze.
AZAL: 12. Cahangir Həsənzadə, 2. Robert Petrov, 3. Usim Nduka, 5. Aqil Nəbiyev (k), 6. Ritus Krjauklis, 14. Elvin Əliyev, 9. Viktor İbekoyi (17. Vüsal Qarayev, 73), 10. Nuqzar Kvirtiya (15. Qvidas Yuska, 46), 11. Zohair Benouahi, 16. Mensur Limani (21. Mirko Bunyevçeviç, 90), 24. Enyo Krastovçev.
Ehtiyat oyunçular: 96. Elşən Poladov, 7. Tərlan Xəlilov, 22. Anar Həsənov, 23. Pius İkedia.
Baş məşqçi: Nazim Süleymanov.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.