27 aprel 2011 19:40
Millimiz qazaxlarla oyunda da qələbə qazandı (YENİLƏNİB)
Qazaxıstanın Astana şəhərində təşkil olunmuş “Prezident kuboku”nda iştirak edən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün ikinci oyununu keçirib. Azerisport.az xəbər verir ki, yığmamız turnirə ev sahibliyi edən qazaxıstanlı həmyaşıdları ilə qarşılaşıb.
Qarşılaşma komandamızın qələbəsi ilə başa çatıb. İki qoldan sonra komandamız üstünlüyünü əldən versə də, son dəqiqələrdə vurulan qələbə qolu futbolçularımıza 3 xal qazandırıb.
Xatırladaq ki, Təbriz Həsənovun yetirmələri turnirdəki ilk oyununda dünən İran yığmasını 2:1 hesabı ilə məğlub edib.
Prezident kuboku
27 aprel
QAZAXISTAN – AZƏRBAYCAN - 2:3 (0:1)
Qol: Rafael Əliyev, 63, Vladimir Vomenko, 68 - Ruslan Nəsirli, 2; 77, Qurbanəli Əliyev, 44.
Yığmamız bu oyunda aşağıdakı heyətlə çıxış edib: 1. Əyyub Əliyev (k), 2. Elvin Camalov, 3. Şirməhəmməd Məmmədov, 4. Sadiq Quliyev, 5. Adil Nəbiyev, 7. Kamran Abdullazadə, 8. Kənan Manafov, 9. Qurbanəli Əliyev, 10. Orxan Əliyev, 11. Ruslan Abdullayev, 16. Ruslan Nəsirli.
Ehtiyat oyunçular: 12. Polad Mirzəzadə, 13. Nurlan Şiriyev, 6. Rüstəm Əsgərov, 18. David Qarayev, 19. Vəkil Talıbov, 17. Coşqun Diniyev, 14. Ramin Şirinov.
Ehtiyat oyunçular: 12. Polad Mirzəzadə, 13. Nurlan Şiriyev, 6. Rüstəm Əsgərov, 18. David Qarayev, 19. Vəkil Talıbov, 17. Coşqun Diniyev, 14. Ramin Şirinov.
