28 aprel 2011 00:02
Azərbaycan millisi rəqibləri üçün əlçatmaz oldu
Qazaxıstanın Astana şəhərində təşkil olunmuş “Prezident kuboku” turnirində çıxış edən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması qrup liderliyini davam etdirir. Azerisport.az xəbər verir ki, ikinci oyununda qazaxıstanlı həmyaşıdları ilə qarşılaşan futbolçularımız 3:2 hesabı ilə qələbə qazandı.
Meydan sahibləri üzərindəki qələbə komandamızın öz yarımqrupundakı liderliyini daha da möhkəmləndirib. Günün digər oyununda isə Özbəkistan və İran yığmaları qolsuz heç-heçəyə razılaşıblar.
Xatırladaq ki, yığmamız turnirdəki ilk oyunda İran komandasını 2:1 hesabı ilə məğlubiyyətə uğratmışdı. Qazaxıstan isə Özbəkistanla 1:1 hesablı heç-heçəyə razılaşmışdılar.
Futbolçularımız qrupda son oyununu aprelin 29-da, Bakı vaxtı ilə saat 15:00-da Özbəkistan yığmasına qarşı keçirəcək. Lakin komandamız hətta uduzsa da, qrupdan lider kimi çıxacaq.
| 1 | Azərbaycan | 2 | 2 | 0 | 0 | 5 | - | 3 | 6 |
| 2 | Özbəkistan | 2 | 0 | 2 | 0 | 1 | - | 1 | 2 |
| 3 | Qazaxıstan | 2 | 0 | 1 | 1 | 3 | - | 4 | 1 |
| 4 | İran | 2 | 0 | 1 | 1 | 1 | - | 2 | 1 |
