27 aprel 2011 11:49

Georgi Nikolov: İnter AZAL-dan daha güclüdü

Son ölkə çempionu “İnter”in prezidenti Georgi Nikolov azerisport.az saytına müsahibəsində komandasının ölkə kubokunun AZAL ilə oyunu ərəfəsindəki şanslarını dəyərləndirib.
 
- AZAL bu il “İnter” üçün ən uğursuz rəqiblərdən birinə çevrilib. Necə düşünürsüz, bu, nə ilə bağlıdı?
- Mənə elə gəlmir ki, uşaqlarda AZAL ilə bağlı hansısa kompleks yaranıb. Sadəcə, Nazim Süleymanovun komandası iki oyunda müəyyən komponentlərə görə bizi üstələyirdi. Lakin bütün bunlara baxmayaraq, mən komandamızın daha güclü olduğunu görürəm və biz qarşıdakı oyunlarda da bunu sübut etməliyik.
 
- Amma AZAL bu mövsüm sizdən kifayət qədər xal alıb...
- Düzdü, onlar bizi lazım olan hər şeydən məhrum ediblər. Lakin bizim də həmin məğlubiyyətlərin əvəzini çıxmaq üçün kubokda gözəl şansımız var.
 
- Sizcə, komanda finala çıxmaqla bu uğursuz mövsümü unutdurmağı bacaracaq?
- Təbii ki, Azərbaycan kubokunu qazana bilsək, yüz faiz əminliklə deyə bilərəm ki, cari mövsümü xilas etmiş olarıq. Belədə biz son illərdəki ənənəmizi davam etdirmiş olacağıq. Yəni ardıcıl hər mövsüm titul qazanmaq ənənəmizin davamı gələcək. Hər il çempion olmaq, belə yüksək hədəflərə çatmaq mümkünsüzdü. Əgər “Liverpool” kimi komanda artıq neçə illərdi İngiltərə çempionu ola bilmirsə, daha nədən danışmaq olar?
 
- Siz dediniz ki, komandada AZAL-a qarşı kompleks yoxdu. Bəs onda “İnter” qarşıdakı oyunlarda necə oynamalıdı ki, bu səddi keçsin?
- Biz baş məşqçiylə bu haqda danışmışıq. Belə qənaətə gəldik ki, Premyer Liqanın son turundakı kimi oynamaq olmaz. “Qarabağ”ın oyunçuları bizimlə qarşılaşmada az qala dişiyə torpağı eşməyə hazır idilər. Amma bizim futbolçular onlarla müqayisədə həddən artıq ziyalı təsir bağışlayırdılar. Futbol oynamaq, üstünü çirkləndirmək zamanıdı.
 
- Bütün bunları nəzərə alaraq, belə demək olar ki, AZAL “İnter”lə oyunlarda favoritdi?
- Xeyr. Təkrar edirəm: mən “İnter”i daha məharətli, güclü komanda hesab edirəm, nəinki AZAL-ı. O başqa məsələdi ki, ustalıq heç də hər şeyi həll etmir. Amma mən ümid edirəm ki, bizim uşaqlar kubokun finalına çıxa biləcəklər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.