27 aprel 2011 12:04
Qarabağ Bakı`yla oyunun hazırlıqlarına start verdi
“Qarabağ” Premyer Liqanın növbəti turunda qarşılaşacağı “Bakı”yla oyunun hazırlıqlarına başlayıb. Azerisport.az xəbər verir ki, bazar günü baş tutan “İnter”lə mücadilənin ertəsi günü komanda bərpaedici məşqlə kifayətlənib.
Dünən isə komandanın baş məşqçisi Qurban Qurbanov futbolçulara istirahət vermişdi. Bu gündən isə paytaxt təmsilçisiylə oyunun hazırlığının aktiv hissəsinə start verilib. Bu günə komandamızın məşq planında tək çalışma nəzərdə tutulub. Komanda yeganə məşqini Suraxanı qəsəbə stadionunda həyata keçirib. Sabaha isə 2 məşq nəzərdə tutulub.
