27 aprel 2011 00:08
Rəqibləri heç-heçə etdi, millimiz qrup lideri oldu
Astanada keçirilən futbol üzrə “Prezident kuboku” turnirində birinci turun oyunları başa çatıb. Azerisport.az xəbər verir ki, turnirdə Azərbaycanın 17 yaşlılardan ibarət yığması da iştirak edir.
İlk turun oyunlarından sonra Təbriz Həsənovun komandası qrup liderinə çevrilib. Buna isə komandamızın digər rəqiblərinin sülh bağlaması səbəb olub. Belə ki, komandamız İran üzərində 2:1 hesabıyla qələbə qazandığı gündə Ösbəkistan və Qazaxıstan yığmaları da 1:1 hesablı heç-heçə ilə kifayətləniblər.
Digər yarımqrupda isə Ukrayna Türkiyəyə (2:1), Gürcüstna isə Ermənistana qalib gəlib (5:3).
İkinci turun oyunları bu gün keçiriləcək. Azərbaycan yığması Qazaxıstanla qarşılaşacaq.
