27 aprel 2011 12:22
Kamran Ağayev: Finala daha çox layiq olduğumuzu isbatlamaq istəyirik
Milli komandamızın və “Xəzər Lənkəran”ın qapıçısı Kamran Ağayev “Bakı” ilə kubok oyunu ərəfəsində komandasının şanslarını dəyərləndirib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Fikrimcə, “Bakı”nı ancaq ağıllı və layiqli oyun sayəsində mübarizədən kənarlaşdıra bilərik. Məgər “Xəzər Lənkəran” indiyə kimi bunu bacardığını sübut etməyib ki? Biz finala daha çox layiq olduğumuzu isbatlamaq istəyirik. Yaxşı heyətimiz var. Özü də ilk oyunu doğma divarlar arasında oynayacağıq. Bundan maksimum yararlanmalıyıq”.
