27 aprel 2011 00:18
AZAL Bliznyukla rəsmən yollarını ayırdı
AZAL-ın baş məşqçisi Nazim Süleymanov artıq Gennadi Bliznyuku komandadan tam kənarlaşdırdıqlarını bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
“O, uzun müddət məşqlərimizdə iştirak etmədi. Öncə səhhətindəki problemlərə, sonradan isə anlaşılmaz səbəblərə görə komandanın sıralarına qatılmırdı. Təbii ki, biz onun bu intizamsızlığını cavabsız qoya bilməzdik. Buna görə də onu komandadan uzaqlaşdırmağa qərar verdik. Bliznyuk özü də komandadan çıxarılmasının əleyhinə olmadı və qarşılıqlı razılıq əsasında müqavilənin pozulmasına qərar verdik.
Qeyd edək ki, Bliznyuk paytaxt klubuna qışda gəlmişdi.
