27 aprel 2011 12:42
PFL təxirə salınmış oyunun tarixini yenidən dəyişdi
Premyer Liqada çıxış edən klular arasındakı çempionatın "Turan" - "İnter" oyunu başqa tarixə keçirilib. Azerisport.az xəbər verri ki, hər iki klubun qarşılıqlı razılığına əsasən 28-ci turun təxirə salınmış "Turan" - "İnter" oyunu öncə mayın 3-nə təyin olunmuşdu.
Lakin tərəflərin növbəti dəfə Peşəkar Futbol Liqasına müraciəti nəticəsində prezident Ramin Musayev əvəzedici heyətlərin 28-ci turunun "Turan" - "İnter" oyununu 3 may 2011-ci il tarixindən 4 may 2011-ci il tarixinə keçirilməsi haqda əmr imzalayıb.
