27 aprel 2011 13:00
“Azərbaycan ilə matçda ancaq qələbəyə oynayacağıq”
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasının rəqiblərindən olan Qazaxıstan millisinin təcrübəli futbolçularından Nurbol Jumaskaliyev hesab edir ki, bu iki komanda arasındakı qarşılaşma tərəflər üçün eyni dərəcədə vacib əhəmiyyətə malikdi. Azerisport.az saytına müsahibəsində Astana “Lokomotiv”inin oyunçusu komandamızla qarşılaşma ərəfəsində bunları dilə gətirib:
“Biz mümkün qədər çox xal toplamağa borcluyuq. Evdə oynayırıqsa, maksimum nəticə haqda düşünməliyik. Azərbaycan yığması son vaxtlar daha yaxşı oynamağa başlayıb. Bütün bunlara rəğmən biz Astanada ancaq qələbəyə oynayacağıq. Azarkeşlərimizin dəstəyi bizə kömək edəcək”.
